Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov 2023-cü ilin iyul ayında vətəndaşlarla keçirəcəyi səyyar qəbul-görüşlərin qrafikinə əsasən, 31.07.2023-cü il tarixdə əsasən Xocalı rayon Kosalar kənd sakinlərinin müvəqqəti məskunlaşdıqları Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə növbəti səyyar qəbul-görüş keçirib. Görüşdə Şahmar Usubovla birgə, Xocalı rayon prokuroru Əvəz Əliyev, Xocalı rayon Polis Şöbəsinin rəisi Zaur Nəbiyev, rayon icra hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə rəhbərləri və sakinlər iştirak ediblər. Xocalı rayon İHB-nın Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Şahid Rzayev çıxış edərək qəsəbədə mövcud olan problemləri səsləndirib. Sonra sakinlər onları narahat edən ümumi məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyəti başçısına müraciət ediblər. Fərdi müraciətlər əsasən ayrı təsərrüfat kimi qeydiyyata alınma, iş, mənzillə təminat və digər məsələlər barədə olub.İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib.